Ermənistanın yüksək rütbəli zabiti Azərbaycan üçün cəsusluq edib
“Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) dövlətə xəyanət və casusluq hallarını təsbit edib. Düşmən tərəfindən ələ alınma hadisəsi ortaya çıxıb. Keçmiş yüksək rütbəli hərbçi gizli məlumat toplayaraq, düşmənə ötürüb”
Bunu Ermənistan MTX-nin direktor müavini Armen Abazyan bu gün, oktyabrın 27-də keçirdiyi mətbuat konfransında bəyan edib.
“Başqa bir əməliyyatda xarici vətəndaşların Ermənistandakı səfərbərlik, avadanlıq, nəqliyyat və digər məsələlər haqda məlumatlar aldığı aşkar edilib. Hər iki məsələ ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işləri başlanıb, müvafiq maddə ilə ilkin araşdırma aparılır” – deyə, MTX rəsmisi bildirib.
Abazyan cəsusluq edən şəxslərin adını çəkməyib.
Basta