Ermənistan əhaliyə qarşı kasset bombalarından istifadə edir – “Amnesty International”ın ARAŞDIRMASI
Bərdə şəhərinə endirilmiş raket zərbələrindən sonra “Amnesty International” İnsan haqları təşkilatı ilk dəfə Ermənistan tərəfindən qadağan olunmuş kasset mərmilərindən istifadə faktını təsdiqləyib.
Bu barədə qurumun saytı “Ermənistan/Azərbaycan: “Ermənistan tərəfindən kasset bombalarından “qəddar” və “düşüncəsiz” şəkildə ilk təsdiq olunmuş istifadə” başlıqlı yazı dərc edib.
Yazıda ötən gün yerli vaxtla 13:30 radələrində Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketinin atıldığı vurğulanıb.
Qurumun ekspertləri “Vice News”un müxbirləri tərəfindən çəkilmiş görüntüləri təhlil edib və kasset bombalarından istifadə faktını təsdiqləyiblər.