Gürcüstanda parlament seçkilərinin nəticələri açıqlandı

Gürcüstanda parlament seçkilərində seçki məntəqələrinin 90,56% -nin bülletenləri sayıldıqdan sonra hakim Gürcü Arzusu partiyası səslərin 48,13% -ni qazanır.

 

Gürcüstan MSK-nın məlumatına görə, Birləşmiş Milli Hərəkat partiyasının daxil olduğu seçki bloku 26,8 faiz səs alır. Yeddi partiyanın və iki blokun 1% -lik həddi aşaraq parlamentə düşəcəyi bildirilir.

 

“Gürcü Arzusu” partiyasının icra katibi İrakli Kobaxidze partiyanın artıq parlament çoxluğunu əldə etdiyini açıqlayıb.