Ermənilər qoşunların Qarabağdan çıxarılmasına dair razılaşmanı pozur
Qondarma “DQR” komandanlığı “Yexnikner” hərbi hissəsinin əsgərlərinin öz mövqelərini tərk etməli olması barədə məlumatları təkzib edib.
“Cümə günü müdafiə ordusunda bildiriblər ki, bu sahədəki ordu bölmələri hərbi növbətçiliyi davam etdirir və davam etdirəcək”, – “Sputnik Armenia” bildirib.
Erməni mənbələrinə görə, bu hərbi hissə Qarabağın şimalında Tonaşen kəndi yaxınlığında yerləşir.
Əgər məlumat həqiqətəuyğundursa və separatçıların hərbi komandanlığı Qarabağdan çıxmaq barədə müddəaları yerinə yetirməkdən imtina edirsə, o zaman Rusiya sülhməramlıları işə qarışmalıdır. 10 noyabr sazişinə əməl olunmasına nəzarət etmək vəzifəsi onlara həvalə olunub. Sülhməramlılar bunu etməsələr, Azərbaycan Silahlı Qüvvələri üçtərəfli sazişin icrasını təmin etmək hüququna malikdir.
Basta