Qazaxın işğal altındakı kəndləri ilə bağlı icra başçısından açıqlama

“Biz əminik ki, Qazaxın düşmən tapdağı altında olan yeddi kəndi – Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq və digər soydaşlarımız kimi biz də öz doğma yurd-yuvamıza qayıdacağıq”.

 

Bu fikirləri Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan sakinlərlə keçirilən görüşdə  Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov söyləyib.

 

Oxu.az xəbər verir ki, İcra başçısı 10 noyabrda imzalanmış Bəyanatda da qeyd edildiyi kimi Qazaxın işğal altında olan yeddi kəndinin də mütləq azad olunacağını bildirib. Kəndlərimizin azad olunması ilə bağlı heç bir narahatlığın olmadığını, işğaldan azad olunan torpaqlarımızda olduğu kimi, Qazaxın həmin kəndlərində də yaxın bir zamanda üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib.

 

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının noyabrın 10-da imzaladıqları bəyanatın ikinci maddəsinə əsasən, Qazax rayonunun işğal olunan əraziləri noyabrın 20-dək Azərbaycna qaytarılmalı idi. Sənədin Azərbaycan ictimaiyyətinə ilkin olara tədim edilən versiyasının ikinci maddəsində deyilir:

“2. Ağdam rayonu və Azərbaycan Respublikasının erməni tərəfi tərəfindən tutulmuş Qazax rayonunun əraziləri Azərbaycan tərəfinə 20 noyabr 20-ci ilə qədər qaytarılır”.

 

.