Müsavat Partiyası Divanının iclası keçirilib
Noyabrın 30-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, video-konfrans formatında keçirilən iclasda əvvəlcə görülən işlər barədə məlumat verilib.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna Müsavat Partiyası tərəfindən edilən ianələr və imkansız şəhid ailələrinə edilən yardımlar barədə məlumat verilib.
İclasda ölkədəki ictimai-siyasi vəziyyət, cəbhə xəttində son durum, Yuxarı Qarabağ ərazisində baş verən hadisələr, Azərbaycan-Ermənistan münaqişəsi ətrafında cərəyan edən diplomatik proseslər müzakirə edilib.
Pandemiyanın yeni vüsət alması ilə bağlı narahatlıq ifadə olunub, infeksiyanın yayılmasının qarşısının alınması üçün inzibati və fərdi tədbirlər görülməsinin zəruri olduğu bildirilib.
İclasda 2021-ci il üzrə partiyanın fəaliyyət planının tərtib olunması, eləcə də rayon təşkilatları üzrə kurasiya sisteminin yenilənməsinə dair tapşırıqlar verilib.
Sonda cari məsələlərə baxılıb.