Gorus-Qafan yolunda quraşdırılan lövhə erməniləri qorxuya salıb

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində quraşdırılan bilbord erməniləri qorxuya salıb. Lövhədə “Azərbaycana xoş gəlmisiz” sözləri yazılıb və milli bayrağımız Azərbaycanın xəritəsi şəklində əks olunub.

 

Ermənistanın ombudsmanı Arman Tatoyan bununla bağlı açıqlamasında bildirib ki, xəritədə Sünik rayonunun böyük hissəsi Azərbaycan ərazisi kimi göstərildiyi üçün bu lövhə yerli sakinləri qorxuya salıb.

 

Tatoyan bununla bağlı beynəlxalq təşkilatlara müraciət edəcəklərini bildirib.

 

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası prosesində Zəngilan rayonunu 13 kəndi işğaldan azad edilib. Gorus-Qafan yolunun bir hissəsi işgaldan azad olunan ərazidən keçir.

 

Basta