Ərdoğan: Türkiyədə Qarabağ zəfərinə Azərbaycandakı qədər sevinirlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsin monitorinqi üzrə Türkiyə-Rusiya birgə Mərkəzinin işində iştirak etmək məqsədilə Azərbaycanda olan türk hərbçilərinin missiyasının uğurlu olacağına ümidvar olduğunu bildirib. Bu barədə  Anadolu  xəbər verir.

 

“Azərbaycanda türk hərbçilərinin olması dövlətlərarası əlaqələrin səviyyəsinin göstəricisidir, qürur predmetidir”, – deyə Türkiyənin dövlət başçısı Milli Müdafiə naziri Hulusi Akarın telefonu vasitəsilə hərbçilərə müraciətlə bildirib.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Bakıya Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Yaşar Gülerin və qoşun növlərinin komandirlərinin müşayiəti ilə gəlib.

 

Prezident ərdoğan hərbçilərə telefon əlaqəsi ilə müraciət edərək atəşkəs rejiminin monitorinqi missiyasına uğurlar arzulayaraq, Qarabağ üzrə birgə mərkəzin tezliklə işə başlayacağına ümidvar olduğunu bildirib.

 

Türkiyə prezidentinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş Azərbaycan 44 gün ərzində tarixi qələbəyə nail olub. “Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması münasibətilə Azərbaycan ordusunu bir daha təbrik etmək istərdim. Türkiyə sakinləri Azərbaycanın qələbəsindən, azərbaycanlıların özlərindən az olmayaraq sevinirlər. Bu, bizim qürur mənbəyimizdir!”Ərdoğan bildirib.

 

Ərdoğan Ermənistan hərbçilərinə Qarabağda atəşkəs rejiminin pozulmasına cəhdlərin dərhal dayandırılmasını tövsiyə edib. “Bu səhv bir yoldur!”, – deyə Türkiyə prezidenti bildirib.

 

Prezident qeyd edib ki, Azərbaycanda Qələbə paradında iştirak etmək üçün olan türk hərbçiləri dekabrın 10-da 102 il bundan əvvəl Azərbaycan torpaqlarını erməni daşnaklarından və bolşeviklərindən təmizləyən Qafqaz İslam ordusunu qarşıladıqları sevinclə qarşılanmışlar.

 

Türkiyə Azərbaycanın bütün beynəlxalq platformalarda dəstəyini davam etdirir.

 

“Türkiyə hərbçiləri dünyanın bir çox ölkələrində qarşıya qoyulan bütün vəzifələri yerinə yetirəcəklər: Somalidən Kosovoya, əfqanıstandan Qətərə, Suriyadan Liviyaya qədər. Dünyada sülh və sabitliyə töhfə verən hərbçilərimizə uğurlar arzulamaq istərdim”, – Ərdoğan əlavə edib.

 

Turan