Benzin – 1 manat, dizel – 80 qəpik… Tarif Şurası qiymətləri qaldırıldı
Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Bu barəd Tarif Şurasının 4 yanvar iclasında qərar verilib.
İndiyədək bu markalı benzinin 1 litrinin qiyməti 90, dizel yanacağınkı isə 60 qəpik idi.
Qiymət artımı barədə təklifi Azərbaycan Dövlət Neft Şirkəti SOCAR verib.
SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib, məlumatda deyilir.
Tarif Şurası təbii qazın tariflərinin artırılmasını “məqsədəmüvafiq hesab etməyib”.
Məlumatda həmçinin deyilir ki, sonuncu dəfə dizelin qiyməti 2013-cü ildə, Aİ-92 markalı benzin isə 2017-ci ildə qiyməti tənzimlənib.
Qurum hesab edir ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.
“Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir”.
Dizelin qiymətinin artımının sahibkarlara təsirini neytrallaşdırmaq üçün onlara kompensasiya ödəniləcəyi bildirilir. Bunun detalları yanvar ayının sonunadək açıqlanacaq.
Həmçinin qeyd edilir ki, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.
Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacağı qeyd edilir.
YeniBakı-Naxçıvan uçuşları dumana görə həyata keçirilmir, Ağdamda minatəmizləmə işi tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq ediləcək.