Donbasda atəşkəsin pozulması nəticəsində Ukraynanın daha iki əsgəri həlak olub

Rusiya Federasiyasının silahlı birləşmələri son sutka ərzində dəfələrlə atəşkəsi pozaraq, Zolotye-4 və Avdeyevka yaxınlığında Ukrayna müdafiəçilərinin mövqelərini atəşə tutub.

 

Ukrayna mətbuatında Birləşiş Qüvvələrin Operativ Qərargahına istinadən yayılan məlumata görə, atəş nəticəsində Ukrayna ordusunun iki əsgəri həlak olub.

 

Rusiya silahlı birləşmələrinin hərəkətləri barədə ATƏT-in monitorinq mərkəzinə məlumat verildiyi bildirilir.

 

Basta