Suqovuşanda iki əsgərimiz minaya düşüb

 

İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, həyatları üçün təhlükə yoxdur.

 

Vətən müharibəsi başa çatdıqdan sonra ümumilikdə 20 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 85 nəfər yaralanıb.

 

Basta