İstiqlalçı millət vəkili vəfat edib
Çağdaş Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, istiqalçı deputat İbrahim İbrahimli vəfat edib.
“Üzülərək bildirmək bildirmək istəyirəm ki, ailəmizin əzizi və böyüyü, qayınatam, istiklalçı millət vəkili, tanınmış ictimai xadim İbrahim İbrahimli bugün vəfat etmişdir”.
Qeyd edək ki, bir müddət öncə tibbi müayinədən keçən İ.İbrahimliyə xərçəng diaqnozu qoyulmuşdu. Məlum olmuşdu ki, onun beynində şiş əmələ gəlib və bunun nəticəsində beyin qan dövranı pozulub. Bu həm də İbrahim bəyin hərəkət etməsini çətinləşdirmişdi.
Sabiq deputat İbrahim İbrahimli bir müddət AXC İcraiyyə Komitəsinin sədri, sonra Müsavat Partiyası başqanının müavini olub.
Günaz.TV