Azərbaycanda bəzi istehsal müəssisələri üçün elektrik enerjisi bahalaşdı
Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.
Dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik (bundan əvvəl 5,8 olub), saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik (bundan əvvəl 2,8 olub) müəyyən edilib.
Qeyd edək ki, dəyişiklik qeyri-əhali qrupuna şamil edilir.
Qərar sabahdan qüvvəyə minir.
Əvvəlki tariflər belə idi: