Ermənistan yaydığı yalanı inkişaf etdirmədi – Cəbhədə sakitlikdir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub. Bu haqda Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Qeyd edək ki, ötən gecə Ermənistanın Müdafiə Nazirliyi guya Azərbaycan ordusunu hücuma keçərək tələyə düşdüyü, itkilərə məruz qaldığı, hətta bəzi hərbçilərimizin blokadaya düşdüyü haqda məlumat yaymışdı. Bu iddia Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təkzib edilmişdi. Ermənistanın Müdafiə Nazirliyi bu yalanı inkişaf etdirməkdən vaz keçərək, bu gün səhər yaydığı növbəti məlumatında cəbhə xəttində sakit olduğunu etiraf edib.

Basta