Yerevan sərhədin delimitasiyasına hazırdır, amma…
Yerevan RF Müdafiə Nazirliyinin sərhədin demarkasiyası haqqında təklifləri ilə razıdır, bu barədə baş nazir Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.
“Dünən mənim bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiyanın hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib. Bu təkliflərin bizim üçün məqbul olduğunu təsdiq etmək istəyirəm”, deyə Paşinyan bildirib. Eyni zamanda, o, Azərbaycanı sərhədin delimitasiyası prosesinin başlamasına mane olmaqda ittiham edib.
Amma Paşinyan Bakının nədən narazı olduğunu açıqlamayıb. Səbəb ondadır ki, Yerevan Bakı ilə sülh müqaviləsi bağlamaq və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Yerevan sərhədin müəyyən edilməsi məsələsini Qarabağ məsələsindən ayırmağa çalışır. Yəni Qarabağın statusu məsələsi Yerevan və Bakı arasında deyil, ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməlidir. Azərbaycan bu yanaşmanı təkzib edir, ərazi bütövlüyü tanınmadan digər məsələlərin həllini qeyri-mümkün hesab edir.
Turan