Yerevanda itaətsizlik aksiyası: yollar bağlanıb, saxlanılanlar var

Bu gün Ermənistan paytaxtında itaətsizlik aksiyasına start verilib.  Hraparak qəzetinin məlumatına görə, şəhərin İsakov, Baqramyan, Arşakunyats, Tiqran Mets prospektləri bağlanıb.

 

Bu gün saat 17-də Respublika meydanında mitinqin keçirilməsi  nəzərdə tutulub.

Aksiya iştirakçılarının məqsədi demarkasiya və delimitasiya ilə bağlı sazişin imzalanmasının qarşısını almaq və Azərbaycanla hansı sənədlərin müzakirə olunduğunu öyrənməkdir.

 

Polis aksiyanın dayandırılmasını və dağılışmağı tələb edir. Artıq saxlanılanlar var.

 

Basta