Jurnalistlər Milli Məclisin qarşısında aksiya keçirib

Jurnalistlər yeni “Media haqqında” Qanun layihəsinə etiraz edirlər.

 

Aksiya iştirakçıları deputatlara müraciət edərək onları qanunu qəbul etməməyə çağırıblar.

 

Jurnalistlər bildirib ki, bu qanun ölkədə media və ifadə azadlığını məhdudlaşdıracaq və jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilələrə yol açacaq. “Bu senzura və avtoritarizmdir və konstitusyon hüquqlarımıza ziddir. Biz bu qanun layihəsinin hər bəndinə, hər nöqtəsinə qarşı çıxırıq”, – deyə aksiyanın təşkilatçısı reportyor Nurlan Qəhrəmanlı bildirib.

 

Arqument.az saytının rəhbəri Şəmşad Ağa bildirib ki, hökümət qanun layihəsinin ictimai müzakirələri təşkil etməyib. “Qanun layihəsi 8 ay gizlədilib sonra isə Milli Məclisin komitəsinin müzakirəsinə çıxarılıb. Bu qanun layihəsini parlamentin saytından oxuduq, Media Agentliyi isə heç bir ictimai müzakirə təşkil etməyib”.

 

Aksiya iştirakçıları bəyan edib ki,sözügedən qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir.

 

Aksiya iştirakçıları , “Jurnalistika cinayət deyil”, “Azad media susdurula bilməz” şuarları səsləndirib.

 

Polis əməkdaşları jurnalistlərə plakatları qaldırmağa imkan vermədi. Aksiya zamanı saxlanılan olmadı.

 

Turan