Şənbə günü də qar gözlənilir

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-də yaydığı məlumatda deyilir.

 

Məlumata görə, havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir..

 

Dekabrın 25-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.