Ukraynadan beş minə yaxın insan Azərbaycana təxliyə edilib

Ukraynada müharibənin başlanğıcından etibarən bu ölkədən beş min Azərbaycan vətəndaşı Azərbaycana təxliyə olunub. Bunun üçün Rumıniyanın Buxarest və Yassa şəhərlərindən və Polşanın Katoviçe şəhərindən 12 çarter reysi təşkil edilib, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

 

Bundan başqa, Azərbaycan vətəndaşlarının qaytarılması üçün avtobus reysləri də təşkil edilib.

 

Daha sistemli və mütəşəkkil təxliyənin təmin edilməsi üçün XİN, FHN, DİN və Dövlət Miqrasiya Xidmətinin 17 əməkdaşı Moldovaya ezam edilib.

 

Azərbaycanın Kİşinyovdakı səfirliyi Moldovanın dövlət orqanları ilə müvəqqəti Əlaqələndirmə Mərkəzi yaradıb.

 

Əlaqələndirmə mərkəzi tərəfindən Ukraynadan sərhədi keçərək Moldovanın müxtəlif yerlərində toplanmış vətəndaşlarımızın siyahıları tərtib olunur, onlarla səfirlikdə və yerlərdə görüşlər keçirilir və ehtiyacları qiymətləndirilir, tibbi və digər yardımların göstərilməsi təmin olunur, vətənə qayıtmaq üçün sənədlər hazırlanır və çatışmayan səyahət sənədləri bərpa olunur, Azərbaycan dövləti tərəfindən göndərilən təxliyə çarter reysləri və avtobuslarla vətənə yola salınması təmin olunur.

 

Dünyada mövcud olan təcrübəyə uyğun olaraq təxliyə prosesində əsas prioritet uşaq, qadın, ahıl və əlillərə verilir.

 

Növbəti belə əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə martın 9-da qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın Varşava və Katoviçe şəhərlərinə ezam olunub.

 

Basta