“Ukrayna təslim olmayıb, olmadı, olmayacaq!” – Antalyada üçtərəfli görüş başa çatdı (Video)
Cümə axşamı Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov, Dmitri Kuleba və Mövlud Çavuşoğlunun üçtərəfli görüşü keçirilib.
“Regnum Carya” otelində keçirilən görüşdən sonra Dmitri Kuleba ölkəsinin mövqeyini açıqlayıb.
“Ukrayna təslim olmayıb, olmadı, olmayacaq” – deyə, Kuleba vurğulayıb. O, qeyd edib ki, əgər Rusiya tərəfi propaqanda xarakterli tələblərdən əl çəkib real danışıqlara hazır olarsa, Ukrayna bu prosesi davam etdirməyə hazırdır.
Kulevanın sözlərinə görə, saatyarım davam edən danışıqlar zamanı o, heç olmasa 1 sutkalıq atəşkəsin elan olunması və mühasirədə olan şəhərlərdən, o cümlədən Mariupoldan dinc əhalinin çıxarılması üçün humanitar dəhlizlərin yaradılmasını istəyib, Lakin Lavrov belə bir “vəd verməyib”.
Kuleba Rusiya silahlı qüvvələrinin Ukraynada dinc əhalini atəşə tutmaqla, o cümlədən doğum evini bombalamaqla hərbi cinayət törətdiyini və buna görə cavab verəcəklərini vurğulayıb. Ukrayna xarici siyasət idarəsinin rəhbəri jurnalistlərin suallarını cavablandırıb.
Basta