Rusiya səfiri Qarabağdan sülhməramlı kontingentin çıxarıldığını inkar etdi
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bir sıra Ukrayna və Azərbaycan KİV-lərində Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan Ukraynaya köçürülməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında Boçarnikov bu məlumatların həqiqətə uyğun olmadığını deyib.
Qeyd edək ki, ötən həftə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Dnestryanı ərazidən və Qarabağdan Rusiyanın sülhməramlı kontingentinin Ukraynaya aparıldığını bildirib.
Basta