Britaniya Kiyevə 120 zirehli maşın və gəmi əleyhinə raket kompleksləri verəcək

Britaniya Ukraynaya 500 milyon dollar kredit, həmçinin 120 zirehli texnika və gəmi əleyhinə raketlər verəcək.

 

Bu barədə razılıq Böyük Britaniyanın baş naziri Boris Consonun aprelin 9-da Kiyevə səfəri zamanı əldə olunub.

 

Britaniya hökumətinin mətbuat xidməti bildirib ki, bu, bir gün əvvəl Kiyevə verildiyi  Starstreak hava hücumundan müdafiə sistemlərinə, 800 tank əleyhinə idarə olunan raketlərə və idarə olunan mərmilərə əlavədir.

 

Martın sonunda Conson Ukraynaya 6000 tank əleyhinə raket, 4000 Javelin və NLAW tank əleyhinə sistemlərin verildiyini elan etdi.

 

Öz növbəsində, Slovakiya hakimiyyəti Kiyevə 155 millimetr kalibrli 16 ədəd Zuzana özüyeriyən artilleriya qurğusunu təhvil verəcəklərini açıqlayıb.

 

Turan