Təcili: Krım körpüsü yenə vuruldu, yol bağlandı – Video

İyulun 17-si Moskva vaxtı ilə 03:04 və 03:20 radələrində Kerçdə partlayış səsləri eşidilib. Rusiya teleqram kanallarının məlumatına görə, bundan sonra Krım körpüsündə işıqlar söndürülüb, nəqliyyatın hərəkəti dayandırılıb.

Gray Zone telegram kanalı iddia edir ki, Ukrayna hərbçiləri Krım körpüsünə iki zərbə endirib, nəticədə bir arakəsmə çöküb, digəri isə dayaqdan düşüb.

Rusiya Nəqliyyat Nazirliyi Krım körpüsünün bağlanması ilə əlaqədar sürücülərə “yeni bölgələrdən keçən quru yol ilə” Krıma gedib-gəlməyi tövsiyə edib.

Alternativ marşrut Donetsk vilayətində Mariupol, Zaporojye vilayətində Melitopol və Xerson vilayətində Geniçeskdən keçir. Rusiya hakimiyyət orqanları əvvəllər bu şəhərlərin atəşə tutulması barədə dəfələrlə məlumat veriblər.

Bu gün Krım körpüsündən yayılan görüntülərdə, ən azı bir dağılmış arakəsmə və içərisində yaralı insanların olduğu qəzalı avtomobil görünür.

 

Bəzi məlumatlara görə iki nəfər həlak olub.

Hazırda nəqliyyatın hərəkəti dayandırılıb. İnsanlar geri qaytarılır. Hava hücumu xəbərdarlığı səslənir. Krımın rəhbəri Sergey Aksyonov Krım körpüsündə “fövqəladə hadisə” baş verdiyini deyib və bölgədə fövqəladə vəziyyət elan edib.

Basta