Rusiyada etnik təmizləmə

Səxavət Soltanlı, Müsavat başqanının müavini

 

Putin tək Ukrainaya və ukrainalılara qarşı cinayət törətmir. Putin hazırda Rusiyada yaşayan etniklərə qarşı da cinayət törədir. Hiyləgərcəsinə Rusiyada yaşayan qeyri rus xalqlarına qarşı etnik təmizləmə (məhv etmə) əməliyyatı aparır.

 

Hazırda Rusiya-Ukraina müharibəsində döyüşlərdə əsasən çeçenlər, ləzgilər, tatarlar, çuvaşlar, yakutlar, qaraçaylar, balkarlar, mordvalar, osetinlər, udmurtllar, kalmıklar, nenlər, başqırdlar, qumuqların və başqa xalqların gənc nəsli ön cəbhədə qırılır, yaralanır, əlil olur və ya itkin düşür.

 

Putin bir müharibəylə iki çirkin məqsədinə birdən çatmaq istəyir. Və ya önləyici tədbir kimi xalqların genefondunu (gəncləri, təbii artımın əsas tərəflərindən birini) məhv edir.

 

Müharibədən zəif çıxacağı halda öz müqədəratını həll etmək istəyən xalqların əsas hərəkətverici qüvvəsini məhv etmək Putinin planlarına daxildir. Bu gün baş verənlər bir neçə ildən sonra Rusiyada demoqrafiq vəziyyətə ciddi təsir edəcək.