Putin Mariupoldakı “Azovstal”a hücumu dayandırmağı əmr etdi
Cümə axşamı, aprelin 21-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Şoyqu şəhərin “azad edildiyini”, lakin Ukrayna hərbçiləri “Azovstal” zavodunun ərazisində qaldığını bildirib. O, prezidenti əmin edib ki, zavodun ərazisində 2000-ə yaxın “Ukraynalı döyüşçü və xarici muzdlu” blokadaya alınıb. Rus işğalçılarına onları məhv etmək üçün üç-dörd gün lazım olacaq.
Putin Şoyqunu dinlədikdən sonra zavoda hücumu ləğv etmək qərarını açıqlayıb.
“Mən Azovstal sənaye zonasına təklif edilən hücumu məqsədəuyğun hesab etmirəm. Mən onu ləğv etməyi əmr edirəm… Yəni, biz həmişə düşünməliyik, amma bu halda daha da çox əsgər və zabitlərimizin həyatını düşünməliyik… Bu sənaye obyektlərində katakombalara girib orada, yerin altında, sürünmək lazım deyil. Bu sənaye zonasını elə bağlayın ki, heç milçək də uçmasın. Onlara bir daha təslim olmağı təklif edin”.
Ukrayna Przident Ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç Rusiya rəhbərliyinin “Azovstal”a hücumdan imtina etməsinin səbəbini izah edib.
“Putin rus əsgərlərinə “qayğı” göstərdi ki, orada ölməsinlər. Bu o deməkdir ki, onlar “Azovstal”ı fiziki olaraq ala bilmirlər, bunu başa düşüblər – orada böyük itkilər veriblər”, – deyə, Aretoviç bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu metallurgiya zavodunu saxlamaqda davam edir. Eyni zamanda, o, əlavə edib ki, Azovstalı almaqdan imtinanı rusların əsas siyasi vəzifəni həll etməyə – Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədinə çıxmağa çalışan qüvvələrini gücləndirmək üçün öz qoşunlarının bir hissəsini şimala göndərmələri ilə izah etmək olar.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Fransanın BFM TV xəbərlər kanalına deyib ki, Mariupolu mühasirədən çıxarmaq üçün mümkün olanı edəcəklər.
“Bu, saat məsələsidir, həqiqət budur. Çünki bilmirik, onlar orada neçə saat, yaxud gün dayana biləcəklər. Bizim ordumuza gəlincə, hazırda Rusiya Federasiyasının texnikası bizim işğal olunmuş 120 kilometri yarıb Mariupolu hərbi mühasirədən çıxarmağımıza imkan vermir. Bu həqiqətdir. Bu gün bunu edə bilmirik”, – Zelenski vurğulayıb.
Basta