Ermənistanda Paşinyanı söyənləri güllələdilər

Ermənistanın Araqatsotn rayonunda hakim “Mülki Müqavilə” partiyasının üzvlərinin yaxınları Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına söyüş söyən şəxslərə atəş açıblar.

Hraparak.am saytının məlumatına görə, “Mülki müqavilə” fraksiyasından olan deputat  Matevos Asatryanın qohumları və Araqatsotn vilayətində qubernator müavini olan Edqar Pirvanyanın əmisi oğlu bir qrup Aparan sakini ilə mübahisə edib. Nəticədə hakim partiyanın nümayəndələri ov tüfəngindən atəş açıblar.

İki nəfərin öldüyü bildirilir. Məlumata gorə ölənlərdən biri –  Amayak Mikaelyan hərbi qulluqçu olub.

Polis hadisənin məişət müstəvisində baş verdiyini açıqlayıb. Cinayət Məcəlləsinin 235-ci maddəsi ilə (odlu silahdan istifadə etməklə, qəsdən adam öldürmə) cinayət işi qaldırılıb.

 

Basta