Müsavat başqanı çox vacib mövzuları müzakirə etmək üçün Brusselə dəvət edilib
Səxavət Soltanlı
Müsavat başqanı Arif Hacılı çox vacib mövzuları müzakirə etmək üçün Brusselə dəvət edilib. Artıq Arif bəy Avropa Parlamentində təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün Brusselə yola düşüb. Bu müzakirələr əsasən 6 Şərq Tərəfdaşlığı ölkələrinə aid məsələlərlə bağlıdır, ciddi mövzular müzakirə olunacaq.
Hələlik onu deyə bilərəm ki, həmin müzakirələrdə səslənən fikirlər, rəylər qarşıdan gələn günlərdə baş tutacaq Avropa İttifaqının toplantısında və NATO sammitinin diqqət mərkəzində olacaq. Nəzərə alınacaq. Həm də bu baxımdan Şərq Tərəfdaşlığı ölkələrindən olan əsas müxalif partiyaların rəyləri öyrənilir.
Bu müzakirələrdə Ukrainanı Zelenskinin mandat verdiyi siyasətçilər, Belarusu Tsixanouskayanın ofisindən xüsusi nümayəndə, Gürcüstanı parlamentdə təmsil olunan müxalif partiyalar, Moldovanın aparıcı partiyası, Ermənistandan Azərbaycanla sülh prosesinin nizamlanması işlərində Paşinyanın geniş səfir statusu verdiyi müxalif siyasətçi, Azərbaycanı Müsavat başqanı Arif Hacılı təmsil edir.
Bundan başqa, avropalı diplomatlar, səfirlər, ölkələr üzrə məruzəçilər, misiyya rəhbərləri, Avropa Siyasi Mərkəzinin baş müşaviri, əlbəttə Avropa Parlamentinin vitse prezidentləri, komissarlar, deputatları və s. şəxslər bu müzakirələrdə iştirak edəcək. Müzakirələrin 3 işçi dili var, ingilis, rus, ukraina dilləri.
Daha ətraflı görüşlərdən sonra.
Basta