Ukrayna ordusu Xersonu tədricən azad edir – Zelenski
Ukrayna ordusu Luqansk vilayətində müdafiəni gücləndirir və tədricən Xerson vilayətini azad edir.
Bunu prezident Vladimir Zelenski dünənki video-müraciətində deyib.
“Cəbhə xəttində vəziyyət ciddi şəkildə dəyişməyib.Ukrayna ordusu taktiki hərəkətlərin köməyi ilə Luqansk vilayətində müdafiəni gücləndirir.
Qəddar və həyasız rus ordusu hər hansı bir rasionallığa məhəl qoymur, sadəcə məhv edir, sadəcə öldürür, bununla öz rəhbərliyinə dayanmadığını göstərir” – deyə, Zelenski qeyd edib.
Luqansk, Donetsk və Xarkov istiqamətində vəziyyətin ağır olduğunu deyən prezident bildirib ki, buna rəğmən Ukrayna ordusu Xerson vilayətini tədricən azad edir.