Xocalı cəlladı Ermənistanda 4 maddə ilə ittiham olunur

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsində sabiq müdafiə naziri Seyran ohanyan və digər yüksək rütbəli zabitlərə qarşı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu haqda Ermənistan mətbuatı ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Seyran Ohanyana Cinayət Məcəlləsinin  4 maddəsi ilə ittiham irəli sürülüb. O, səlahiyyətlərindən sui-istifadə etmə, dövlət əmlakının külli miqdarda israf edilməsi və vəzifə saxtakarlığında ittiham edilir. Həmin cinayət işi üzrə daha 9 nəfər məsuliyyətə cəlb edilib.

Xatırladaq ki, Seyran Ohanyan 1992-ci ildə Rusiyanın Xankəndidə yerləşən 366-cı hərbi alayının bölük komandiri olaraq, Xocalıda dinc sakinlərin kütləvi qətlə yetirilməsinə rəhbərlik edənlərdən biri olub.

Basta