Britaniya rəsmisi ilə görüş
Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Şərq Tərəfdaşlığı şöbəsinin müdir müavini Mike Hegarty bu gün Bakıda Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və hüquq müdafiəçisi Zaur Əkbərlə görüşüb.
Müsavat başqanın verdiyi məlumata görə, görüşdə Böyük Britaniya Azərbaycan münasibətləri, Qarabağ nizamlanması, Rusiyanın Ukraynaya qarşı təcavüzü,
Avropa Şərq Tərəfdaşlığı proqramı, Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar və digər məsələlər müzakirə edilib.
Basta