Minskdə Lukaşenko əleyhinə görünməmiş izdiham

Bu gün Belarus paytaxtı Minskin mərkəzində prezident seçkilərinin nəticələrinə etiraz olaraq on minlərlə etirazçınin iştirakıyla aksiya keçirir. Müxtəlif medianın hesablamalarına görə, aksiyada 50 mindən 200 minə qədər insan iştirak edir. Belə bir izdiham Belarusun müasir tarixi üçün rekord sayılır.

Akisyada “Lukaşenko, çıx get!”, “Lukaşenko qatil”, “Yaşasın Belarus” şüarları səsləndirilir.

.


.

Lukaşenko da mitinq keçirib

.

Günortadan sonra İstiqlal Meydanında Aleksandr Lukaşenko tərəfdarlarının da mitinqi keçirilib. Hakimiyyətin iddiasına görə, mitinqə 70 mindən çox adam toplaşıb. Müstəqil müşahidəçilər bu rəqəmə şübhə ilə yanaşır. Bölgələrdən olan büdcə təşkilatları işçilərinin məcburi qaydada bu aksiyaya cəlb edildiyi deyilir. Luakeşenko mitinqdə yarım saat çıxış edib. O, müxalifətin tələb etdiyi yeni seçkilər keçirməkdən imtina edib.

Etirazlar davam edir

Səsvermənin nəticələrinə etiraz olaraq kütləvi etirazlar Belarusun digər şəhərlərində – Qrodno, Qomel, Brest, Mogilev, Baranoviçi, Vitebsk, Bobruisk, Zhlobin, Borisov şəhərlərində də baş tutub.


Gomel şəhərində bu gün ölkədə etirazların dağıdılması nəticəsində ölən iki nəfərdən biri olan Aleksandr Vixor ilə vida mərasimi keçirilib. Vixor həbs edildikdən sonra təcridxanada özünü pis hiss edib, ona vaxtında tibbi yardım göstərilməyib.

Belarusda etirazlar davam edir.

Basta