Müsavat Rusiyanın Ermənistana hərbi dəstəyini pisləyir
Avqustun 16-da Müsavat Partiyası Divanının video-konfrans rejimində növbəti iclası keçirilib.
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı həftə ərzində görülən işlər barədə məlumat verib.
Divan üzvü Razim Əmiraslanlı keçən həftə partiya başqanının iştirak etdiyi, rayon təşkilatları sədrləri ilə baş tutmuş video-konfras rejimində keçirilən müşavirə barədə məlumat verib. Müşavirədə həmin rayonlarda sosial-iqtisadi və siyasi vəziyyət müzakirə olunub. Rayon təşkilatı rəhbərlərinə görüləcək işlər barədə tapşırıqlar verilib.
Divan üzvü Nemət Kərimlinin 14-15 iyul Qarabağ nümayişləri ilə bağlı həbs edilənlərin istintaqının gedişatı, siyasi məhbuslar, qanunsuz həbslər, həbsdə olanların müdafiəsi ilə bağlı məlumatları dinlənilib.
İclasda avqustun 22-də ötən əsrin sonunda Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının 20 illiyi münasibətilə ölkəmizdə və dünyanın müxtəlif şəhərlərində keçiriləcək tədbirlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasda Belarusda ictimai-siyasi vəziyyətlə bağlı filkir mübadiləsi aparılıb. Seçkilərin kütləvi saxtalaşdırılması, hakimiyyətin dinc əhaliyə qarşı zoraklıqları pislənilib, demokratik dövlətlərin və beynəlxalq təşkilatların Belarusda insan hüquqlarının müdafiəsi ilə bağlı atdığı addamlar təqdirəlayiq hesab edilib.
Yığıncaqda Tovuz rayonu ərazisində, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyanın Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, Ermənistana 400 tondan artıq hərbi təyinatlı yüklərin göndərilməsinin Azərbaycanın milli təhlükəsizliyinə və beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanıb. Bu məsələnin beynəlxalq miqyasda ciddi araşdırılması üçün diplomatik səyləyin artırılması Azərbaycan hakimiyyətindən tələb edilib. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması barədə BMT-nin 4 qətanməsinin olmasına baxmayaraq Minsk qrupunun həmsədrliyində təmsil olunan Rusiyanın işğalçı dövlətə silah verməsinin beynəlxalq konvensiyalara zidd olduğu, bu kimi halların konfliktin beynəlxalq hüquq normalarına uyğun həllinə imkan vermədiyi xüsusi vurğulanıb. Azərbaycan hakimiyyətinin bu məsələlərdə susqunluğunun milli mənafelərimizə ciddi zərbə olduğu qeyd edilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta