Nazirlər Kabinetinin qarşısında aksiya – Video
İyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında Azərbaycanda quru sərhədlərin bağlı saxlanmasına etiraz olaraq aksiya keçirilib. Aksiyada “Sərhədləri bağlama, xalqı əsir saxlama!” şüarı səsləndirilib.
Aksiyanın təşəbbüskarı Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb. Polis aksiyaya müdaxilə edib. Aksiyada şüar səsləndirən onlarla şəxs polis maşınlarına mindirilərək naməlum istiqamətdə aparılıb. Bir müddət sonra Tofiq Yaqublu sərbəst buraxılıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti təyin olunan aksiyayaya icazə verməyib.
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb. Xüsusi karantin rejimi tətbiq edildiyindən 2020-ci ilin martından Azərbaycanın quru və dəniz sərhədləri insanların keçidi üçün bağlıdır. Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb. Səbəb kimi pandemiya göstərilib. Bu qərar ölkədə narazılıqla qarşılanıb.
Video: Meydan TV