Pakistanda Müsavat Partiyası yaradılıb

Pakistanda Müsavat Partiyasının yaradılması prosesi başa çatıb. Bu haqda Müsavat başqanının müavini Fərəc Kərimli məlumat yayıb.

“Partiyanı quranlar Azərbaycandakı Müsavat Partiyasının dəyərlərinə sadiq qalaraq Partiyanı qurublar. Kəşmir bölgəsi də daxil olmaqla Pakistanın əksər ərazisində yerli təşkilatlar qurulub. Partiyanın Qadınlar Təşkilatı və Gənclər Təşkilatı fəaliyyət göstərir” – deyə, Fərəc Kərimli bildirib.

Basta