Lukaşenkonu mitinqdən belə qovdular – Video

Belarus prezidenti Aleksandr Lukaşenko mübahisəli prezident seçkisindən sonra baş çəkdiyi bir fabrikin işçiləri tərəfindən etirazla qarşılanıb.

Keçmiş sovet dövlətinin 26 illik prerzidenti seçki bülletenlərinin saxtalaşdırılması iddialarından sonra yeni səsverməyə icazə verməyəcəyinə israr edərkən işçilər ona “Tərk et” şüarını səsləndirib və onu uğultu ilə qarşılayıblar.

Tətil hərəkəti dövlət televiziyasına da yayılıb, heyət bazar ertəsi günü işi tərk edib.

Müxalifət namizədi Svetlana Tixanovskaya müvəqqəti lider kimi fəaliyyət göstərə biləcəyini təklif edib.

Polisin müxalifət tərəfdarlarına qarşı zorakılığı, həmçinin avqustun 9-da baş tutan səsvermədə saxtakarlıq iddiaları bazar günü paytaxt Minskdə böyük etiraz mitinqinə səbəb olub.

Lukaşenko 1994-cü ildən bəri Belarusa rəhbərlik edir və enerji tədarükünə çox güvəndiyi qonşu Rusiya ilə sıx münasibətlərini davam etdirir.

BBC