Ukrayna ordusu əks-hücuma keçdi
Ukrayna qoşunları Xerson vilayətinin 4 kəndini Rusiya işğalından geri qaytarıb, lakin əsas hədəf Xerson şəhəridir.
Bu haqda CNN, təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan Ukrayna hərbi mənbəsinə istinadən məlumat yayıb.
“Əməliyyat gecə saatlarında Rusiyanın mövqelərinin və arxa tərəfinin kütləvi atəşə tutulması ilə başladı. Hücumun əsas istiqaməti Pravdino idi. İşğalçıların mövqelərini vurduq, onlar qaçdılar.
İndi biz dörd kəndi azad etmişik. Onların ilk müdafiə xətti üç yerdə yarılıb”.