Müsavat Divanının gündəliyi

Avqustun 28-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyadan verilən məlumata görə, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

Divanda Neftçala, İsmayıllı və Oğuz rayon təşkilatlarında keçirilən yığıncaqlar barədə məlumat dinlənilib.

İclasda eyni zamanda rayon təşkilatlarında keçiriləcək ümumi yığıncaq və konfranslara hazırlıq işləri geniş müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Divanda Qarabağda baş verən son hadisələr geniş müzakirə edilib. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi müsbət hadisə kimi qiymətləndirilib.

İclasda həmçinin Rusiya-Ukrayna müharibəsində yaranmış indiki durum haqqında məlumatlar dinlənilib.

Sonda cari məsələlərə baxılıb.