Polis bloqeri evindən aparıb
Bloqer və publisist Kəramet Böyükçöl avqustun 18-də öz evində polis tərəfindən saxlanılıb. O, baş verənləri Facebook səhifəsində birbaşa efirdə nümayiş etdirib.
Kadrlarda polisin onun qapısını döydüyü görünür. Qapını açan ev sahibi onlardan nə lazım olduğunu soruşur. Amma polislər izahat vermədən onu tutub aparırlar.
Paytaxt polisinin mətbuat xidmətindən baş verənləri şərh etməyiblər.
Saxlanılan şəxsə gəlincə, o, sosial şəbəkələrdə və müxtəlif KİV-lərə müsahibəsində hökumətin ünvanına sərt fikirlər səsləndirməklə, tənqidlərlə tanınır.