AXCP fəalı azadlıqda
Xalq Cəbhəsi Partiyasının gənc fəalı Fuad Əhmədli 4 illik həbs müddəti bitdikdən sonra bu gün səhər tezdən 16 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
* Fuad Əhmədli 2016-cı ilin avqustunda “Əməliyyat- axtarış fəaliyyəti haqqında” qanunun pozulması və “Azerfon” mobil telefon istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs edilmişdi. Bundan əlavə, o, vəzifə səlahiyyətini aşmaqda ittiham olunurdu.
2017-ci il iyunun 16-da 4 il azadlıqdan məhrum edilmişdi. Sonradan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlamışdılar. Hüquq müdafiəçiləri F.Əhmədlini siyasi məhbus kimi tanıyıblar.
Məhkəmələr Fuad Əhmədlini iki dəfə vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina ediblər. O, hüquq müdafiəçisi Zəfər Əhmədlinin oğludur.