Ermənistan prezidentinin kraliçanın dəfn mərasimindəki davranışı Britaniya mediasını hiddətləndirib
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Böyük Britaniya kraliçası II Yelizaveta ilə Londonda Vestminster sarayında keçirilən vida mərasimi zamanı protokol qaydalarını pozduğuna görə sərt tənqid olunub.
Bu barədə Britaniyanın Daily Mail nəşri yazıb.
Qəzetin yazdığına görə, Xaçaturyan kraliçanın tabutu yanında şəkil çəkdirib və bununla da monarxla ictimai vidalaşmanın müəyyən edilmiş qaydalarını pozub. Onun fotosunu Ermənistan prezidentinin köməkçilərindən biri çəkib. Nəşr yazır ki, bu, kraliça ilə vidalaşma zaman fotoçəkiliş qadağasının pozulması ilə bağlı ilk haldır.
Bundan əlavə, nəşr yazır ki, Xaçaturyan VİP yolu ilə kraliça II Yelizavetanın tabutunun olduğu otağa enərkən köməkçiləri ilə yüksək səslə danışıb və zarafatlaşıb, bu da qaydaların kobud şəkildə pozulmasıdır.
Basta