Sülh danışıqları intensivləşdirilsin – Müsavat Divanının gündəliyi

Sentyabrın 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalarda şəhid olan hərbçilərimizin xatirəsi sayğı duruşu ilə anılıb.

Cəbrayıl rayon təşkilatının hesabat-seçki yığıncağı barədə məlumat dinlənilib.

Partiya rəhbərliyinin və bir qrup fəalının iştirakı ilə sentyabrın 15-də Bakının erməni-rus işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı Türk Şəhidliyinin ziyarət olunması təqdir edilib.

İclasda Azərbaycan-Ermənistan sərhədində son toqquşmalar və baş verənlərə beynəlxalq reaksiya mövzusunda müzakirə aparılıb. Qeyd edilib ki, Müsavat münaqişənin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsi üçün vasitəçilər olmadan sülh danışıqlarının intensivləşdirilməsini məqsədəuyğun sayır.

İclasda Rusiya-Ukrayna müharibəsi, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə edilib.

Basta