Krım körpüsündə partlayışla bağlı 5 nəfər həbs edildi – onlardan üçü ermənidir
İlhaq edilmiş Krımın məhkəməsi Krım körpüsündə baş vermiş partlayışla bağlı cinayət işi üzrə beş müttəhimi istintaq təcridxanasına göndərib.
İki təqsirləndirilən şəxsin vəkilləri “İnterfaks”a açılamasında müvəkkillərinin həbs olunduğunu təsdiqləsələr də, işin təfərrüatlarını şərh etməkdən imtina ediblər.
Agentlik öz mənbəsinə istinadən xəbər verir ki, həbs olunan şəxslər Artem Azatyan, Georgi Azatyan, Roman Solomko, Vladimir Zlob və Artur Terçanyandır. Onların barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladak ki, daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti iş üzrə 12 nəfərin şübhəli bilindiyini və 8 nəfərin saxlandığını bildirmişdi.
Basta