İranda öldürülən etirazçı sayı 224 nəfərə çatdı

İran İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, son 25 gündə İranda baş verən və davam etməkdə olan ümumölkə nümayişləri zamanı hökumət məmurları tərəfindən öldürülənlərin sayı 224 nəfərə çatıb.

Məlumatda öldürülənlərdən 29 nəfərinin yaşının 18-dən aşağı olduğu qeyd edilib.

Təşkilatın hesabatında etiraz aksiyaları zamanı 24 hökumət məmurunun da həlak olduğu bildirilib.

İran İnsan Haqları Təşkilatı 6000-dən çox insanın saxlanıldığını, onlardan yalnız 672 nəfərinin kimliyinin dəqiqləşdirə bildiyini yazıb.

Yüzlərlə Universitet öyrəncisinin də həbs edildiyini bildirən təşkilat 423 etiraz aksiyasının 112 şəhər və 70 Universitetdə keçirildiyi barədə məlumat verib.

Gunaz.tv