“Azərbaycanda pensiya yaşı 58-ə endirilməlidir”
“Ölkədə pensiya yaşı azaldılmalıdır. Dünya təcrübəsi də buna təkan verir. 2021-ci ildə orta yaş həddi 73 idi. Dünya üzrə orta yaş həddi ilə pensiya yaş həddi arasında təxminən 14,5 il fərq olur. Bu aspektdən məsələyə yanaşsaq, pensiya yaş həddi 58,5 olmalıdır. Ən çox 60 yaş üzərində qərara gəlmək olar”.
Bunu iqtisadçı Rəşad Həsənov “Oxu.az”a açıqlamasında deyib.
O, qeyd edib ki, demoqrafik aspektdən əhəmiyyətliliyi nəzərə alınaraq xanımların pensiya yaşı ilə bağlı güzəştlərin tətbiqi yenidən gündəmə gətirilməlidir.
“Çoxuşaqlı analara güzəştlər var. Hər uşağa görə yaşın azaldılması metodologiyasına geri dönüş, düşünürəm ki, demoqrafik aspektdən əhəmiyyətli olmaqla yanaşı, təbii artımı da dəstəkləyəcək. Lakin yaxın gələcəkdə belə bir güzəştin edilməsi ehtimalı çox azdır.
Azərbaycanda qanunvericiliyə əsasən, pensiya üçün kişilərdə yaş həddi 65, qadınlarda 63-dür.