İranda 440 etirazçı öldürülüb
İranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb.
İran İnsan Haqları Təşkilatının noyabrın 23-də yaydığı məlumatda İranda iki aydan artıq davam edən etiraz nümayişlərində 61-i uşaq olmaqla 440 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyü bildirilib.
Bununla yanaşı məlumatda 18059 nəfərin saxlanıldığı, onlardan 3212-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 555 nəfərinin öyrənci olduğu qeyd edilib.
Həmçinin bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 14 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.
Gunaz TV