Kiyev üzərində 13 “Şahed” PUA-sı vuruldu – Foto

Çərşənbə günü səhər Ukrayna hava hücumundan müdafiə qüvvələri düşmənin 13 ədəd “Şahed” kamikadze pilotsuz uçan aparatını vurub.

Bu haqda “Ukrainska pravda” Kiyev meri Vitali Kliçkoya istinadən məlumat yayıb.

Daha sonra Kiyev vilayəti polisinin rəisi Andrey Nebıtov  vurulmuş “Sahed”lərdən birinin fotosunu Telegram-da dərc edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün İrandan 2400 ədəd PUA aldığı bildirilir.

 

Basta