İranda öldürülən etirazçıların sayı 493-ə çatdı
İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi dekabrın 14-ü səhər saatlarına olan məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.
İran İnsan Haqları Təşkilatının noyabrın 14-ü səhər satlarına yaydığı məlumatda 17 sentyabrdan 13 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 68-i uşaq olmaqla 493 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı məlumatda 18424 nəfərin saxlanıldığı, onlardan 632 nəfərinin öyrənci olduğu qeyd edilib.
Həmçinin bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.
Gunaz.tv