Zelenski Baxmuta gedib qəhrəmanları, Putin isə Kremldə satqınları mükafatlandırdı

Dekabrın 20-də, Ukraynada müharibənin 300-cü günündə Rusiya prezidenti Vladimir Putin Kremldə keçirilən mərasimdə “hərbi borcunu yerinə yetirən”, həmçinin ilhaq edilmiş Ukrayna ərazilərinin rəhbərlərini və RT-nin baş redaktoru Marqarita Simonyanı ordenlərlə təltif edib.

Eyni gündə Ukrayna prezidenti Vladimir Zelenski Donbassda cəbhə xəttinin ən təhlükəli ərazi olan Baxmutda olub.

Ukrayna Prezidenti cəbhə xəttindəki döyüşçülərə fərqlənmə nişanları təqdim edib, onların ailələrinə sağlamlıq, hərarət və işıq arzulayıb.

Ukrayna liderinin qəhrəmanları, Rusiya diktatorunun isə koloborannları mükafatlandırması,sosial şəbəkədə iki ölkə rəhbərinin fərqi  haqda müzakirələrə səbəb olub.

Basta