Luqanskda xəstəxanalar yaralı rus əsgərləri ilə doludur – Rəsmi
Luqanskda üç xəstəxana rus işğalçılarının istifadəsinə verilib, onlardan yalnız birində 1000-dən çox yaralı işğalçı var, hamısı üçün çarpayılar çatışmır.
Bu haqda Luqanskın hərbi administarasiyası məlumat yayıb.
“Luqansk Regional Klinik Xəstəxanası, 15 saylı Luqansk Şəhər Multidissiplinar Xəstəxanası və Dəmiryol Xəstəxanası Rusiya işğalçı qoşunlarının istifadəsinə verilib. 1000-dən çox yaralı işğalçının hazırda xəstəxanalardan yalnız birində olduğu bildirilir. Kifayət qədər tibb işçisi yoxdur. Tibb müəssisələrində bu qədər xəstələr üçün kifayət qədər dərman, çarpayı və yataq dəsti yoxdur. İndi şəhər yaralıların daha bir hissəsini qəbul etməyə hazırlaşır – çünki ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Stelmaxivka, Çervonopopovka ərazilərində düşmənin hücumlarını dəf edib” – deyə, məlumatda bildirilir.
Basta