Erməni zabit əsir götürülüb

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.
Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Zabit  Qurgen Alaverdyan, ön postları  yoxlayarkən azıb  və itkin düşüb. Bu şənbə günü saat 19: 30-da baş verib. Bu barədə isə təxribatın olmadığını iddia edən Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın verdiyi məlumata görə, 22 avqust saat 19: 30-da, döyüş postlarını  yoxlayarkən zabit Gurgen Alaverdyan əlverişsiz hava şəraiti səbəbindən azıb  və itkin düşmüşdür – hazırda axtarış işləri davam etdirilir.

Basta